Azərbaycanın ədəbi sərvəti Seyran Səxavətlə daha bir görüş keçiriləcək

Azərbaycanın ədəbi sərvəti Seyran Səxavətlə daha bir görüş keçiriləcək


Bakı Dövlət Univsitetinin və "BDU köbüllüləri"nin təşkilatçılığı ilə "Ustaddan öyrən" layihəsi çərçivəsində məşhur yazıçı, şair, dramaturq, tərcüməçi Seyran Səxavətlə daha bir görüş keçiriləcək. Bu haqda EmpaTV-yə yazıçının özü məlumat verib.

Görüş 24 Aprel, saat 14:00-da BDU-nun 3 saylı tədris korpusundakı dairəvi zalda keçiriləcək.

Bu dəfə isə yazıçı məzunu olduğu Bakı Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə bir araya gələcək. Seyran Səxavət bu qocaman ali təhsil ocağının şərqşünaslıq fakültəsini bitirib. Bir müddət ixtisası üzrə farsdilli ölkələrdə - İranda, həmçinin Əfqanıstanla bağlı tərcüməçi kimi işləyib.

7 roman, onlarla povestlərin, hekayələrin müəllifi olan Seyran Səxavətin pyesləri ölkənin müxtəlif teatrlarında tamaşaya qoyulub. Ədibin əsərləri dünya xalqlarının 60-dan dilinə tərcümə edilib və onlarla ölkədə çap olunub.

Top