BDU-da "Ustaddan öyrən" layihəsi çərçivəsində Seyran Səxavət ilə görüş keçirilib
"BDU könüllüləri" təşkilatının təşkilatçılığı ilə "Ustaddan öyrən" layihəsi çərçivəsində növbəti görüş baş tutub. Görüşün qonağı yazıçı Seyran Səxavət olub.
EmpaTv xəbər verir ki, tədbiri açıq elan edən İnformasiya və Sənəd Menecmenti fakultəsinin dekanı Ələmdar Cabbarlı qonağın peşəkar fəaliyyəti haqqında ətraflı məlumat verib.
Daha sonra yazıçının milli və mənəvi əhəmiyyət kəsb edən fikirlərini Filologiya fakultəsinin tələbəsi Nəzrin Həsənli "Seyran Səxavət deyir ki..." adlı rubrikada səsləndirib.
Ardınca yazıçı haqqında videoçarx nümayiş etdirilib. Videoda Ramiz Rövşən, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Aqil Abbas, Fuad Poladov, Afaq Bəşirqızı, Vaqif Yusifli, Musa Yaqub və İsmayıl Şıxlı kimi tanınmış şəxslərin Seyran Səxavət haqqında fikirləri yer alıb.

Görüş zamanı yazıçı Seyran Səxavət çıxış edərək tələbələrlə səmimi söhbət aparıb. O, tələbəlik illərinin nə qədər dəyərli olduğunu vurğulayaraq həyat və yaradıcılıq yolu haqqında danışıb. Daha sonra tələbələr yazıçıya müxtəlif suallar ünvanlayıblar. Seyran Səxavət əvvəlcə özü haqqında danışıb, ardınca "Ay ilk məhəbbətim, son məhəbbətim" şeirini səsləndirib.
Tədbirin davamında BDU tələbələrinin sualları cavablandırılıb. Maraqlı suallardan biri həmin şeirlə bağlı olub. "Ay ilk məhəbbətim, son məhəbbətim" şeirini yenidən yazsa, nəyi dəyişərdi? - sualına yazıçı: "Şeirdəki "insan bir dəfə dünyaya gələr, bir dəfə sevə bilərmiş" misrasını "insan yüz dəfə dünyaya gələr, elə yüz dəfə də sevər" kimi dəyişərdim."-deyə cavablandırıb.
Digər bir sual isə onun müxtəlif janrlarda yazmasına aid olub. "Sizin üçün ən rahat janr hansıdır?" sualını cavablandıran yazıçı qeyd edib ki, onun üçün əsas olan janr deyil, sözdür: "Söz yoxdursa, heç bir janrda yazmaq mümkün deyil".
Yazıçını ən çox təsirləndirən suallardan biri Aişə Mustafayeva tərəfindən səsləndirilib. Tələbə "Bu dünyada olmayan dostlarıma" şeirinin kimlərə həsr olunduğunu soruşub. Bu sual yazıçını duyğulandırıb.
Suallardan sonra İnformasiya və Sənəd Menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı çıxış edərək tədbiri yekünlaşdırıb.
Tədbirin sonunda isə BDU kollektivi və tələbələri Seyran Səxavət ilə xatirə şəkli çəkdiriblər.
Hazırladı: XumarEmilqızı
EmpaTv xəbər verir ki, tədbiri açıq elan edən İnformasiya və Sənəd Menecmenti fakultəsinin dekanı Ələmdar Cabbarlı qonağın peşəkar fəaliyyəti haqqında ətraflı məlumat verib.
Daha sonra yazıçının milli və mənəvi əhəmiyyət kəsb edən fikirlərini Filologiya fakultəsinin tələbəsi Nəzrin Həsənli "Seyran Səxavət deyir ki..." adlı rubrikada səsləndirib.
Ardınca yazıçı haqqında videoçarx nümayiş etdirilib. Videoda Ramiz Rövşən, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Aqil Abbas, Fuad Poladov, Afaq Bəşirqızı, Vaqif Yusifli, Musa Yaqub və İsmayıl Şıxlı kimi tanınmış şəxslərin Seyran Səxavət haqqında fikirləri yer alıb.

Görüş zamanı yazıçı Seyran Səxavət çıxış edərək tələbələrlə səmimi söhbət aparıb. O, tələbəlik illərinin nə qədər dəyərli olduğunu vurğulayaraq həyat və yaradıcılıq yolu haqqında danışıb. Daha sonra tələbələr yazıçıya müxtəlif suallar ünvanlayıblar. Seyran Səxavət əvvəlcə özü haqqında danışıb, ardınca "Ay ilk məhəbbətim, son məhəbbətim" şeirini səsləndirib.Tədbirin davamında BDU tələbələrinin sualları cavablandırılıb. Maraqlı suallardan biri həmin şeirlə bağlı olub. "Ay ilk məhəbbətim, son məhəbbətim" şeirini yenidən yazsa, nəyi dəyişərdi? - sualına yazıçı: "Şeirdəki "insan bir dəfə dünyaya gələr, bir dəfə sevə bilərmiş" misrasını "insan yüz dəfə dünyaya gələr, elə yüz dəfə də sevər" kimi dəyişərdim."-deyə cavablandırıb.