Azərbaycan Tribunası

Azərbaycan Tribunası


Ölkəmizdə tribuna mədəniyyətinin digər ölkələrdən geridə qaldığı açıq aydın bəllidir. Əsas liqamızda 12 klub olmağına baxmayaraq oyunlarda stadyonlar demək olarki boş olur. Örnək götürülə biləcək azarkeş qrupları isə barmaqla sayılacaq qədərdir. Məsələn:
“Forza Neftçi” (Neftçi PFK),
“İmarət Tayfa” (Qarabağ FK)
və “Qarabağ Ordu”(Qarabağ FK).
Digər klubların isə azarkeş kütləsi olsa da stadyonlara gəlmirlər. “Qarabağ” azarkeşlərinin də əksəriyyəti Avropa səviyyəli oyunlarda olur, yəni liqa oyunlarında “Qarabağ” tribunası da əsasən boş olur. Liqa oyunlarında isə seçilən əsas “Forza Neftçi” azad azarkeş qrupu olur. Rayon klublarının azarkeşləri isə çox seçilməyi bacarmırlar, yalnız “Ultras Turan” (Turan Tovuz) nisbətən fərqlənir.
Bunun səbəbi isə ölkədə sadiq azarkeşlərin formalaşmamasıdır. Bir klub Avropa səviyyəsina çıxdıqda hər kəs yalnız onlara “azarkeşlik” edir. Bunun olmaması üçün isə ölkəmizdə yalnız 1-2 klubu irəli aparmaq deyil, bütün klublara dəstək olunmalıdır ki, rəqabət yaransın. Unutmayaq, azarkeşlər həmişə futbolun bəzəyi olub və olacaq da!

Həkimxan Həsənxanlı
Top