Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi

Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi


Bakıda iki nəfər dəm qazından zəhərlənib.

EmpaTV xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu baş verib.

Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova həmin ünvanın hamam otağında dəm qazından zəhərləniblər.

Hadisə nəticəsində Y.Atayev ölüb, T.Bəkirova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qonaq getdiyi evdə dəm qazından zəhərlənən 14 yaşlı qız xəstəxanada müalicədən imtina edib. Bu barədəTƏBİB məlumat verib.

Bildirilib ki, dünən saat 21:50 radələrində 2012-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və ilkin tibbi xidmətlər göstərilib.

"İxtisaslı tibbi xidmətin göstərilməsindən imtina edilib", - məlumatda vurğulanıb.

Qeyd edək ki, hadisə dünən Xətai rayonu R.Bağırov küçəsindəki evlərin birində baş verib. Neftçala rayon sakini 2009-cu il təvəllüdlü H.Mustafayevin kirayə yaşadığı evə qonaq gələn Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Y.Atayev və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü T.Bəkirova (soyadlar şərtidir) hamam otağında dəm qazından zəhərlənib,19 yaşlı oğlan hadisə yerində ölüb.


Top