"Neftçi"nin Qayıdışı
"Neftçi" PFK azarkeşləri üçün bu qələbə sadəcə 3 xal deyildi — bu, illərlə yığılan emosiyanın, inamın və səbrin partlayışı idi. Uzun fasilədən sonra "Qarabağ" FK üzərində 2:1 hesablı qələbə "Neftçi"nin yenidən dirçəlişinin açıq sübutuna çevrildi.
Bu oyun təkcə nəticə ilə yox, meydandakı ruhla yadda qaldı. "Neftçi" sanki əvvəlki oyunlardakı kimi tərəddüdlü, plansız komanda deyildi. Əksinə, meydanda daha intizamlı, daha sistemli və ən əsası — daha inamlı bir kollektiv var idi. Xüsusilə oyunların uduzulan mərhələlərindən sonra komandanın reaksiyası diqqət çəkdi. Bu, əvvəlki "Neftçi" deyildi ki, qol buraxdıqdan sonra dağılırdı. Bu dəfə onlar toparlandı, oyuna qayıtdı və rəqibi təzyiq altında saxladı.
"Qarabağ" kimi illərdir Azərbaycan futbolunda dominant olan komandaya qarşı belə dönüş etmək hər komandanın işi deyil. Amma "Neftçi" göstərdi ki, düzgün yanaşma, məşqçi qərarları və oyunçuların xarakteri ilə hər şey mümkündür. Oyunun ikinci hissəsində edilən dəyişikliklər, tempin artırılması və cinahlardan gələn hücumlar "Neftçi"nin üstünlüyünü daha da hiss etdirdi.
Bu qələbənin ən önəmli tərəfi isə psixoloji dönüşdür. "Neftçi" artıq uduzduğu oyunu dəyişə bilən komandaya çevrilir. Bu isə gələcək oyunlar üçün çox böyük siqnaldır. Azarkeşlər də bunu hiss etdi — tribunlarda yenidən inam, yenidən ümid var idi.
Bu qələbə bəlkə də bir oyundan ibarətdir. Amma onun verdiyi mesaj çox böyükdür: "NEFTÇİ GERİ QAYIDIR! " . Bu qayıdış təsadüfi deyil.
"NEFTÇİ" AZARKEŞİYƏM — və bu gün bir daha bununla qürur duydum.
Mələk Həsənxanlı