Qoyulan sonuncu daş

Qoyulan sonuncu daş


Haqqında danışacağımız film 2-ci Qarabağ müharibəsindən sonra çəkilib.Qısa metrajlı film olmasına baxmayaraq, daxilində çox dərin mənalar var. İndi onları sizinlə birlikdə analiz edəcəyik. Qeyd edim ki, baş qəhrəmanımızın adı Elçindir. O sadəcə bir insan deyil, həm də Azərbaycan kişisinin və ailəsinin milli-mənəvi dəyərinin tablosudur. Film oğlunu itirən valideynlərin Qarabağdakı evlərinə qayıtmaları ilə başlayır. Elçin zamanla dağılmış hasarı yenidən bərpa etməyə çalışır. Elə həmin anda erməni qonşuları onları hasarın o tayından qarşılayıb neçə vaxtdı görüşmədiklərini vurğulaması onların qüruruna dəyir. Gedişat belə davam edir ki, Elçinin gözü erməni qonşularının oğullarını yola salmaqlarına sataşır . Onun baxışlarında övlad həsrətini görməmək mümkün deyil. Burada o bütün şəhid ailələrinin yaşadığı hiss və talelərin simvoludur. Axşam xəbər çatır ki,qonşularının oğulları meşədə qoyun otarmağa getsə də qayıtmayıb. Növbəti gün isə qoyunların minaya düşdüyü ortaya çıxır. Elçin burda da öz vicdanı ilə ciddi savaşa başlayır. Axı biz əzəldən belə millət idik. Düşmənimiz belə olsa,mərd olub,onlara da kömək edirdik. Təəssüf ki, düşmən heç ədalətli olmur və bizi arxadan vururdu.Bu da başqa yazı mövzumuz olsun. Elçinin evə gəlir və oğlunun şəklinə diqqətlə baxır . Nəticədə qəlbində sağalmaz yara olan övlad itkisini düşməni belə olsa qonşusuna yaşatmağı özünə yaraşdırmır və başlayır oğlanı meşədə axtarmağa. Tapdıqda isə gətirib ailəsinə təhvil verir. Bu filmdə dialoqlardan çox “səssiz nitq” çox özünü biruzə verir. Elçin və həyat yoldaşı çox danışmasalar da bir-birlərinə olan baxışlarında sanki dərin bir suda boğulduqlarını və çabaladıqlarını görürük. Filmin ən dərin və mənalı sakitliyi isə hasarı bitirən Elçinin sonuncu daşı qoyması oldu. Hasarın sonuncu daşını qoyması Elçinin “vicdan borcunun” ağırlığından xilas olduğunu göstərir. Digər tərəfdən  isə düşmənin bizə olan vicdan borcunun heç vaxt qapanmayacağını başa salır. Xülasə, 25 dəqiqəlik filmin ağırlığı hasara qoyulan sonuncu daşla daha da ağırlaşır. Eh…Vicdan yükü altında əzilən,millətim…


Şüşəxanım Vəliyeva - Bakı Dövlət Universiteti  

Gülsüm Qasımova - Sumqayıt Dövlət Universiteti  

Top