Axı deyirdilər ki, ümid sonda ölür
Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində ağır yaralanan həkim radioloq Asif Nəsirlinin dünyasını dəyişdiyi xəbəri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Asif Nəsirli ölkə üzrə uşaqlara şüa müalicəsi edən yeganə həkim idi.
Baş verən hadisədə günahkar və qurban axtarmaq, kimisə haqlı və ya haqsız çıxarmaq çox yersiz olardı. Hər kəsin hadisələrə baxış bucağı fərqlidir və hamı öz prizmasından yanaşdıqda bəlkə də haqlıdır.
Bu hadisənin bir məğlub tərəfi var - onkoloji xəstəliyi olan onlarla bəlkə də yüzlərlə uşaq. Tək ümid yeri olacaq həkimlərini itirən o uşaqların vaideyinlərinin əlacsızlığını təsəvvür edilməsi belə insanın ruhunu titrədir.
Bəli bir çox sahədə olduğu kimi, bu sahədə də ciddi problemlərin olduğunu hamımız bilirik. Hər dəfə də istər mətbuat orqanları, istərsə də tanınan və tanınmayan şəxslərin sosial səhifələrindən dəfələrlə vurğulanır bu çatışmazlıqlar. Amma səbəb nə olursa olsun insanın tək çarəsindən məhrum olmağı sözlə ifadə olunmayacaq qədər ağır hissdir.
İllər əvvəl onkoloji xəstə olan bir yaxınım MOM-a gedib gələndən sonra oturub ağlamışdı ki, orda nə qədər körpə uşaq var. Adam onları görəndə utanır. Utanır ki, bəlli bir yaşa qədər yaşayıb, həyatın acı və şirin günlərini dadmış, oğul-uşaq sahibi olmuş biri də gəlsin müalicəyə, hələ gözü dünya işığına alışmayan bu körpələr də. Ədalətsizliyin zirvəsidir bu. Və bu gün məhz o zirvənin uçurumunda duran uşaqların vətənlərindəki son ümidləri də dünyasını dəyişdi.
Axı deyirdilər ki, ümid sonda ölür...
Hər bir halda Allah rəhm etsin.
Pərvanə Eyvazqızı