29 min şagird imtahan verdi

29 min şagird imtahan verdi


Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.

DİM-dən EmpaTV-yə bildirilib ki, ilkin məlumatlara əsasən, imtahan binasının girişində yoxlama zamanı bir nəfərin ayaqqabısının altında gizlədilmiş mobil telefon aşkarlanıb. Qeyd olunan hal aktlaşdırılıb və araşdırma aparılacaq.

Top