İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb


İstanbulda azərbaycanlı rəssam, Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin sənət, dizayn və memarlıq fakültəsinin rəngkarlıq bölməsinin müəllimi Elçin Mustafayevin “Şəhərin yaddaşı” mövzusunda fərdi sərgisi açılıb.

EmpaTV xəbər verir ki, İstanbulun Hasan Sarıtaş Qalereyasında baş tutan açılış mərasimində Azərbaycanın Əməkdar rəssamları Teymur Rzayev, Yaşar Zeynalov, Azərbaycanın Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov, Əməkdar artist İslam Manafov kimi Türkiyədə fəaliyyət göstərən bir çox görkəmli sənətkarlarımız, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə və bir çox ictimaiyyət nümayəndələri iştirak ediblər.


Sərgi mayın 11-dək davam edəcək.


Top