9 May – Faşizm Üzərində Qələbə Günü
9 May – təqvimdəki sıradan bir tarix deyil. Bu gün bəşəriyyətin üzləşdiyi ən dəhşətli faciələrdən biri olan İkinci Dünya müharibəsinin başa çatmasının, faşizm üzərində qazanılan qətiyyətli qələbənin və milyonlarla insanın yaddaşına həkk olunan kədərli illərin simvoludur. Hər il bu tarix yetişəndə biz təkcə hərbi zəfəri deyil, həm də müharibənin insan talelərində buraxdığı sağalmaz yaraları xatırlayırıq. Çünki o amansız illər təkcə odlu səngərlərdə deyil, həm də məktub yolu gözləyən evlərdə, yarımçıq qalmış uşaqlıqlarda və sükuta qərq olmuş şəhərlərdə yaşandı.
İkinci Dünya müharibəsi bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Dağıdılmış şəhərlər, milyonlarla məhv edilmiş həyat və parçalanmış ailələr o dövrün acı reallıqları idi. İnsanlar hər gün ölüm xəbərləri, aclıq və qorxu ilə sınağa çəkilirdi. Lakin ən ağır məhrumiyyətlər belə insanların yaşamaq və qalib gəlmək ümidini qıra bilmədi; məhz bu sarsılmaz inam onları ayaqda saxlayan ən böyük mənəvi qüvvəyə çevrildi.
Azərbaycan xalqı müharibə illərində həm cəbhədə, həm də arxa cəbhədə misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Yüz minlərlə soydaşımız faşizmə qarşı döyüşlərə qatıldı, onların bir çoxu vətənə geri dönməsə də, göstərdikləri şücaət tariximizə silinməz hərflərlə yazıldı. Qələbənin qazanılmasında Bakı neftinin strateji əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Ordunun əsas yanacaq mənbəyi olan Bakı, qələbənin hərəkətverici mühərriki idi. Eyni zamanda, arxa cəbhədə çalışan insanlarımız gecə-gündüz fədakarlıqla çalışaraq "hər şey cəbhə üçün" şüarı ilə zəfər gününü yaxınlaşdırdılar.
9 May bizə mühüm bir həqiqəti xatırladır: Sülh böyük qurbanlar bahasına əldə olunur. Müharibənin atəşi sönsə də, onun ağrı-acısı nəsillərin yaddaşından silinmir. Bu səbəbdən bu gün sülhün və insan həyatının dəyərini qorumaq hər birimiz üçün müqəddəs borcdur. Tarix dəfələrlə sübut edib ki, müharibələr yalnız dağıntı və göz yaşı gətirir. Bu tarix həm keçmişə ehtiram, həm də gələcəyə bir çağırışdır. İnsanlıq baş vermiş faciələrdən dərs çıxarmalı, nifrətin deyil, birliyin və humanizmin tərəfində dayanmalıdır.
Xumar Emilqızı