"Vidalaşmadan Getməyin": Bir Ömrün Gecikmiş Etirafları və Qocalığın Analizi
Azərbaycan teatr məkanında monotamaşalar hər zaman aktyorun ruhu ilə tamaşaçının qəlbi arasında ən qısa məsafə olub. Müəllif Rövşən Ağayevin "Vidalaşmadan getməyin" əsəri də Xalq artisti Vidadi Həsənovun təqdimatında məhz belə bir mənəvi körpü yaratmağa çalışır. Quruluşçu rejissoru Vidadi Həsənov, səhnə plastikası Mikayıl Mikayılov, bəstəkarı Vüqar Məmmədzadə və rəssamı Ülkər Əliyeva olan bu səhnə əsəri haradansa peyda olan bir kişinin öz həyat paradiqmasını bizə nəql etməsi üzərində qurulub.
Cavanlıq: Qorunması Vacib Olan Yeganə Nemət
Səhnədəki qəhrəmanın "Cavanlıq... O yeganə nemətdir ki, onu qorumağa dəyər" nidası,əslində, itirilmiş zamanın yanğısıdır. Amma bu mənzərənin digər tərəfi daha sarsıdıcıdır: Qocaya ancaq dərmanmı lazımdır? Tamaşada səslənən bu sual bizim mənəvi borcumuzu xatırladır. Qocalara göstərilən qayğı təkcə fiziki və tibbi yardımla bitməməlidir. Onların emosional sağlamlığı, ruhunun ehtiyac duyduğu səmimiyyət və "lazımlı olmaq" hissi ən azı dərmanlar qədər vacibdir.
Özünü Cəzalandırma Vərdişi və Ata Fədakarlığı
Tamaşada qəhrəmanın həyat yoldaşının vəfatından sonra zərərli vərdişlərə aludə olması çox incə bir psixoloji məqamı üzə çıxarır. İnsan həyatında böyük bir itki, bir fəlakət baş verəndə şüuraltı olaraq özünü cəzalandırmaq istəyir. Bu pis vərdişə alışmaq,əslində, özünə verilən bir cəzadır.
Buna rəğmən qəhrəman övladları üçün hər şeyi edən o klassik, fədakar ata prototipidir. "Onlar iştahla yesin deyə rəqs edirdim, nağıl söyləyirdim..." deyən ata öz yeməyini masada unudacaq qədər fədakardır. Amma paradoks budur ki, vaxtilə uşaqları üçün "artistlik" edən bu adam indi "Kimə lazımdır qoca" sualının ağırlığı altında əzilir.
Qocalıq Cəza deyil, Müdriklik Dayanacağıdır
Tamaşanın ana xəttində keçən "Qocalıq günahların cəzasıdır" fikri ilə razılaşmaq mümkün deyil. Əgər qocalıq cəza olsaydı, o zaman həyatın ən ali zirvəsi olan təcrübə və müdriklik lazımsız bir yükə çevrilərdi. Bizim üçün qocalar heç də "heç nəyə lazım olmayan" insanlar deyil, onlar cəmiyyətin mənəvi dayağıdır.
Əsərdəki gecikmiş etiraf — "Kişi ağır oturub batman gəlməlidir, heç kimə "sevirəm" deməməlidir" stereotipinin qırılmasıdır. İllər sonra həyat yoldaşının şəklinə baxıb "Səni sevirəm" deyən o kişi, əslində, bizə yanlış tərəfimizi göstərir. Sevgini qocalığa, xatirələrə və güzgüdən qorxacağımız günlərə saxlamamalıyıq.
Nəticə etibarilə, "Vidalaşmadan getməyin" bizə qocalığın kədərini yox, o kədərə qədər keçilən yolun nə qədər dəyərli olduğunu xatırladır. Qocalıq günahların cəzası yox, yaşanan ömrün şahididir. Və o şahidi qorumaq hər birimizin mənəvi borcudur.
Qədirli Aysu