Bakıda marketdən elektron siqaretlər oğurlayan şəxs saxlanıldı

Bakıda marketdən elektron siqaretlər oğurlayan şəxs saxlanıldı


Sabunçu rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs Ramana qəsəbəsində yerləşən marketlərin birindən ümumi dəyəri 1000 manat olan kosmetik ləvazimatları oğurlayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı A.Salmanov müəyyən edilərək saxlanlıb.

Yasamal rayonunda keçirilən tədbir nəticəsində isə marketlərin birindən 490 manat dəyərində elektron siqaretləri oğurlamaqda şübhəli bilinən 33 yaşlı M.Məcidli də saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar aparılır.
Top