Qobuda su sayğacları oğurlayan şəxs saxlanıldı

Qobuda su sayğacları oğurlayan şəxs saxlanıldı


Abşeron rayonu Qobu qəsəbəsində yerləşən iki evdən oğurluq edilib. Naməlum şəxs gecə saatlarında zərərçəkənlərin həyətinə daxil olaraq oradan su sayğacları, mühərriklər və digər qiymətli əşyaları talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Salahlı saxlanılıb. Araşdırmalar zamanı onun oğurladığı avadanlıqları satdığı məlum olub.
Top