Lökbatan qəsəbəsində güclü yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin kifayət qədər texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.