Şəhidin məzarı doğma kəndinə köçürülüb

Şəhidin məzarı doğma kəndinə köçürülüb


Birinci Qarabağ müharibəsi iştirakçısı, Vətən müharibəsi şəhidi Müşviq Abbasovun məzarı Ağdam rayonunun Quzanlı qəsəbə qəbiristanlığından Abdal kənd qəbiristanlığına köçürülüb.

EmpaTV xəbər verir ki, mərasimdə şəhidin doğmaları və yaxınları iştirak ediblər.

Şəhidin doğmalarının sözlərinə görə, məzarının doğma kənddə olması onun sağlığında ən böyük arzularından biri olub.

Yaxınları da bildiriblər ki, Müşviq Abbasov hər zaman doğulduğu torpaqda uyumağı arzulayıb.

Top