BDYPI: Təhlükəli döngələrdə düzgün davranmaq hər bir sürücünün əsas vəzifəsidir
Ölkəmizin füsünkar bölgələrinə səfərlər zamanı bir sıra hallarda sərt döngəli, enişli-yoxuşlu yollar qət etməli oluruq. Dağlıq relyef üçün xarakterik olan enişli-yoxuşlu, kiçik radiuslu və ya məhdud görüntülü döngəli yol sahələrində isə hər bir sürücünün köməyinə ilk növbədə yol nişanları gəlir.
Xüsusilə, “Təhlükəli döngə”, “Təhlükəli döngələr”, “Sərt eniş”, “Sərt yoxuş”, “Döngənin istiqaməti” nişanları sürücünü qarşıdakı yol şəraiti haqqında əvvəlcədən xəbərdar edir, qabaqlayıcı tədbirlər görməyi tələb edir. Qalır bircə xəbərdarlığa əməl etmək.
Unutmayaq! Yol nişanları təkcə nizamlama vasitəsi deyil, həm də təhlükəsizliyimizin qarantıdır.