«EmpaTV Sosial-Psixoloji Media» 1 illiyini mətbuat nümayəndələri və psixoloqlarla qeyd etdi.

«EmpaTV Sosial-Psixoloji Media» 1 illiyini mətbuat nümayəndələri və psixoloqlarla qeyd etdi.


Tədbirdə: 

Pravda.az , Üç.az, İn News.media, Hit.az, Media Baku.az, Hökm.az, Express xəbərlər, Korrupsiya.az saytların nümayəndələri Klinik psixoloq Heyran İbrahim, Psixoloq Günay Hüseynli, Psixoloq Zəhra Zahidova, Psixoloq Gülnar Orucova, Psixoloq Nabat Mirzəyeva,Pro fighter MMA & coach Tünzalə İmanlı iştirak etmişdir.

 Azərbaycanda ilk Sosial-Psixoloji Media olan EmpaTV artıq 1 ildir ki, fəaliyyət göstərir. 

Tədbirin açılışında EmpaTV-nin rəhbəri jurnalist Sevinc Rəcəbova media orqanının 1 illik fəaliyyəti barədə məlumat verib. O deyib ki, EmpaTV-nin məqsədi sosial-psixoloji, eyni zamanda psixoloq, sosioloq, astroloq, yaşam koçları və s. layihələrini reallaşdırıb ictimaiyyətə təqdim etmək, insanlara psixoloji dəstək və maarifləndirmə istiqamətində bütün növ proqram və sujetlərin həyata keçirilməsinə xidmət etməkdir.

Daha sonra EmpaTV Psixoloq Zəhra Zahidovanın «Bioenerji» adlı tanıtımını təqdim etdi. 

Top