“Ölümün verdiyi həyat” bədii filminin qala nümayişi

“Ölümün verdiyi həyat” bədii filminin qala nümayişi


LEGAL MEDIA GROUP-un təqdim etdiyi “Ölümün verdiyi həyat” bədii filminin qala nümayişi 9 may tarixində Nizami Kino Mərkəzində baş tutan son qala gecəsi ilə yekunlaşıb. Tədbir sənət, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yadda qalan anlarla müşayiət olunub. Qala gecəsində Azərbaycan Kino Agentliyinin sədri Rəşad Əzizov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin nümayəndələri,  Məhkəmə hüquq şurasının əməkdaşları, hakim elitası, ürək-damar cərrahı professor Kamran Musayev, Xalq artistləri və digər xüsusi qonaqlar iştirak ediblər. Qonaqlar ekran əsərini maraqla izləyərək film haqqında fikirlərini bölüşüblər. Qonaqlar filmi yüksək qiymətləndirərək bu qədər həssas və cəmiyyət üçün vacib mövzuya ilk dəfə olaraq LEGAL MEDIA GROUPun müraciət etməsi xüsusi vurğulanıb.
Sonda Legal Media Groupun rəhbəri Ülviyyə Əsədova filmin ssenari müəllifi Vüsal Cəbrayıloğluna, filmin ərsəyə gəlməsində əməyi olan bütün qurumlara, filmə maddi dəstək göstərmiş şirkətlərə və filmin heyyətinə Legal Media Group adından təşəkkürünü bildirdi.
Vüsal Cəbrayıloğlunun romanı əsasında ekranlaşdırılan “Ölümün verdiyi həyat” filmi insan taleyi, daxili psixoloji sarsıntılar və həyatın mürəkkəb məqamlarını təsirli bədii dillə tamaşaçıya təqdim edir. Filmin rejissoru Ramil Adiloğlu, quruluşçu operatoru Ağa Azəroğludur. Film beynəlxalq festivallara göndəriləndən sonra yerli kinoteatrlarda nümayiş etdiriləcək.
Top