SDU-nun Filologiya Fakültəsinin Tələbə Gənclər Təşkilatı tərəfindən 28 may Müstəqillik Günü ilə bağlı tədbir həyata keçirildi

SDU-nun Filologiya Fakültəsinin Tələbə Gənclər Təşkilatı tərəfindən 28 may Müstəqillik Günü ilə bağlı tədbir həyata keçirildi


Tədbiri açıq elan edən aparıcı Murad Hümbətov müstəqil Azərbaycan dövlətinin tarixi, ziyalılarımızın fəaliyyəti haqqında məlumat verib.

Rəsmi hissə Tələbə Gənclər Təşkilatının Filologiya fakültəsi üzrə sədri Arzu Ələkbərovanın nitqi ilə başa çatıb. Ardından Sumqayıt Dövlət Universitetinin müəllimi Ceyhun Qasımbəyli bu tarixi hadisənin yaranma şəraiti və siyasi əhəmiyyəti barədə, Sumqayıt Dövlət Universitetinin baş müəllimi Aynurə Bağırova isə Cümhuriyyət dövründə ana dilinin dövlət dili elan edilməsi mövzusunda çıxış edib. Fakültə tələbələri tərəfindən Müstəqillik Günü ilə bağlı məruzələr, çıxışlar və şeirlər səsləndirilib. Musiqi klubunun gəncləri tərəfindən musiqilər ifa edilib.

Tədbirin sonunda Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı dosent Günel Paşayeva tədbir haqqında öz fikirlərini bölüşüb.
Top