Ağır qəza: 3 ölü və yaralılar var
Sabirabadda baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
EmpaTV-nin əldə etdiyi məlumata görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndində baş verib.
3 avtomobilin iştirakı ilə baş verən qəzada 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.