Yuxu yoxsa gerçək?
“Yuxu” hər zaman sevilən və baxılan bir film olaraq Azərbaycan kino tarixində yer tutur. Baş qəhrəmanımız Əliabbas və Bahardır. Obrazlarımız filmin başında çox fərqli təbiətdə təsvir olunur. Bahar-Naçalnik qızıdır. Əliabbas isə Məsmə xanımın nəvəsidir. Bir yuxu insanın başına nələr gətirə bilər indi onu sizinlə danışacıq. Film dəniz kənarında yerləşən kənddə yaşayan Əliabbas və Baharın hekayəsindən bəhs edir. Əliabbas bir gecə yuxusunda Baharı qaçırdığını görür və bu yuxu kənddə yanlış anlaşılmalara səbəb olur. Bu xəbər Baharın nişanlısına qədər çatsa da Cəfərov bunu yalanlayır. Daha sonra isə Baharın guya qaçırıldığı xəbəri yayıldıqdan sonra Əliabbas günahsız yerə həbs edilir. Sonradan Baharın bağda yuxuya getdiyi məlum olur, amma hadisələr bununla bitmir. Bəs,həqiqətən, Əliabbas Baharı qaçırıb? Təbii ki, yox. Bahar yuxu dərmanı içib, bağda yuxuya getdiyi bəlli olur.
Baharın qardaşı Akif isə Əliabbasa cəza vermək istədiyi üçün, o, dənizdə olanda 3 nəfər onun yanına gedir. Əliabbasın balaca dostu elə zənn edir ki, onu Akifgil dənizdə batırıblar. Nə qədər axtarsalar da Əliabbası tapa bilmirlər. Cəfərov və həyat yoldaşı üzr istəmək üçün Məsmə xanımın yanına getsələr də faydası olmur. Nəhayət ki, Məsmə xanımın qapısı döyülür. Onun qapısını döyən elə məhz onun səadət mənbəyi nəvəsi-Əliabbasdan başqası olmur. Nənə Əliabbasdan əhvalatı öyrənir ki, O qayalıqlardan çıxıb və orduya qatılmaq üçün yollanıb. Əliabbasın isə tək amalı hazırda Baharı görmək olur. Unutmadan qeyd etmək lazımdır ki, Baharla Əliabbasın eşqini ölümsüz edən edən keçən kiçik dioloqlardır.
- Sevdiyim qız naçalnikin qızıdır….
- Mənim adımı da meyxanaya salıb,dillər əzbəri eləmə.
- Bəyəm,tək naçalnik qızı sənsən?
Filmdə ən həssas nöqtə iki sadiq, Əliabbasın sevimlisi olan insanların qayalıqdakı söhbəti olur:
-Sən də Əliabbası gözləyirsən?
-Necə məgər? Sən də onu gözləyirsən?
İndi isə hadisələrin gedişatına qayıtmağın zamanıdır. Əliabbas Baharla söz verir ki, mən səni mütləq qaçırdacam. Müəyyən vaxt keçdikdən sonra ondan məktub gəlir və həqiqətən bir axşam ikisi birlikdə qaçıb gedirlər.
Nəticə olaraq deyə bilərik ki, filmin əsas ideyası sevginin qarşısında maneələrin dayana bilməməsi, insanların bəzən yanlış anlaşılmalar səbəbindən haqsızlığa uğraması və həqiqətin gec də olsa üzə çıxmasıdır. Eyni zamanda film insan həyatında yuxuların, ümidlərin və taleyin qəribə şəkildə gerçəyə çevrilə bilməsi fikrini ön plana çıxarır. “Yuxum çin oldu” deyimi, deyəsən, elə bu filmdən gəlir. Görəsən, hər gördüyümüz yuxu belə yerinə yetər mi?
Şüşəxanım Vəliyeva - Bakı Dövlət Universiteti
Gülsüm Qasımova - Sumqayıt Dövlət Universiteti