Əməkdar artist Babək Niftəliyev yeni vəzifəyə təyin olundu

Əməkdar artist Babək Niftəliyev yeni vəzifəyə təyin olundu


Əməkdar artist Babək Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbində yeni vəzifəyə təyin edilib.

EmpaTV xəbər verir ki, Niftəliyev xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib. 

Təyinatla bağlı müvafiq əmrə məktəbin rəhbəri Teymur Göyçayev imza atıb.

Qeyd edək ki, Babək Niftəliyev 1985-ci ildə Kəlbəcərdə anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb.

Bildirək ki, B.Niftəliyev həmçinin Azərbaycan Milli Konservatoriyasında çalışır. Sumqayıt Musiqi Kollecində, o cümlədən, A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində müəllim olaraq  çalışıb.

EmpaTV Sosial - Psixoloji Media kollektivi adından sevilən xanəndəni təbrik edirik.

Top