Dantenin Yubileyi
Azərbaycan teatr və kino sənətinin ən sarsıdıcı, insan psixologiyasının ən dərin qatlarına enən əsərlərindən biri, şübhəsiz ki, Anarın eyniadlı povesti əsasında ekranlaşdırılan "Dantenin yubileyi" filmidir. Rejissor Anarın və Gülbəniz Əzimzadənin yozumunda bu əsər təkcə bir aktyorun uğursuz səhnə taleyi deyil, həm də o, cəmiyyətin səthi parıltıları, riyakarlıqları qarşısında öz saflığını, uşaq sadəlövhlüyünü və mənəvi pərdəsini qorumağa çalışan tənha insanın daxili manifestidir.
Kəbirlinski Fenomeni: Dəyərsizlik Mühitində Dik Durmaq
Həsənağa Turabovun məharətlə canlandırdığı Kəbirlinski obrazı, əslində, ətrafındakı hər kəsə böyük səmimiyyətlə dəyər verən, teatrı və insanları uca tutan bir fədakardır. Lakin o özünün layiq olduğu ali qiyməti, o mənəvi sevgini heç vaxt ətrafındakı o kiçik mühitdən ala bilmir. İnsanlar onun təmizliyini sadəlövhlük, prinsiplərini isə uğursuzluq kimi qələmə verirlər. Kəbirlinski ona qarşı edilən haqsızlıqları, istehzaları görmürsə,bu o demək deyil ki, qanmazdır, o, sadəcə öz daxili dünyasında o qədər uca və qətiyyətlidir ki, ətrafın çirkinliyinə enmək istəmir. O, layiq olduğuna heç vaxt tam yiyələnə bilməsə də, öz mübarizəsindən, öz sənətindən və içindəki o saf insandan əsla vaz keçmir.
Yubiley İllüziyası
Əsərdə Dantenin yubileyi,əslində,böyük bir təzadın simvoludur. Həyat bəzən bizə saxta alqışlar və formal təbriklər təklif edir, lakin insanın daxili aləmindəki o tənhalığı, öz-özünə ucaltdığı mənəvi divarları heç kim görmür. O öz doğrularını sübut etmək üçün hər gün yenidən səhnəyə çıxır, yenidən çabalayır. Və ən acısı odur ki, sən hər kəsin ruhuna bir işıq salmağa çalışdığın halda, kütlə səni sadəcə öz qəlibləri ilə mühakimə edir. Amma bu dəyərsizlik insanı sındırmamalıdır. Zira, Kəbirlinskinin ən böyük qələbəsi elə onun heç bir rəsmi mükafata, kənar dəyərə ehtiyac duymadan öz daxili səmimiyyətini və sarsılmaz inamını qoruya bilməsidir.
Bu gün geriyə baxanda bircə şeyi daha aydın anlayırıq : əsl uğur insanın ətrafdakı bütün süni yanaşmalara rəğmən öz daxili aləmini, təmiz vicdanını və ləyaqətini qoruyub saxlaya bilməyidir. Həyat bizə hər dəfə layiq olduğumuzu dərhal verməsə də, öz işığında parlamağa davam edən, təkbaşına da olsa çabalayan və öz səhnəsində dik duran ruhlar mütləq tarixin ən gözəl yerində qalacaqlar. Bu məqalə, bəlkə də, heç kimin tam anlamadığı, amma öz daxili teatrında hər gün böyük zirvələr fəth edən o tənha və saf qəlblərə ərməğan olunur...
Qədirli Aysu