Tarixi Varislik və Əbədi Müstəqillik: Cümhuriyyət İrsindən Zəfər Zirvəsinə
1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olaraq elan edilən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik və azadlıq idealının ən uca zirvəsidir. Cəmi 23 ay fəaliyyət göstərməsinə rəğmən AXC milli dövlətçilik ənənələrinin formalaşmasında, demokratik təsisatların və bərabərlik prinsiplərinin bərqərar olmasında silinməz izlər qoymuşdur. Bu gün müstəqil Azərbaycan dövləti həmin tarixi irsin rəsmi və mənəvi varisi olaraq öz inkişafının ən qüdrətli dövrünü yaşayır.
Cümhuriyyətin süqutundan onilliklər sonra XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanın bu ali dəyəri qoruyub saxlaması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xaos və daxili böhranlar içində boğulan ölkəni xilas edən Ulu Öndər müstəqilliyi təkcə hüquqi bir bəyannamə olmaqdan çıxarıb real, dayanıqlı və sarsılmaz bir dövlət strukturuna çevirdi. Filvaqe, dahi rəhbərin uzaqgörən daxili və xarici siyasəti, iqtisadi müstəqilliyin təməli olan "Əsrin Müqaviləsi" və milli ordu quruculuğu bugünkü böyük uğurlarımızın rüşeymini formalaşdırdı.
Müasir mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müstəqillik tarixinin ən şərəfli səhifəsini yazmışdır. Müzəffər Ali Baş Komandanın mühəndis dəqiqliyi ilə hesablanmış strateji gedişləri və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsi dövlət müstəqilliyimizin real hüdudlarını bərpa etdi. Binaən-əleyh, bu gün Xankəndidə, Şuşada, Ağdamda və Qarabağın hər bir qarışında dalğalanan üçrəngli bayrağımız 1918-ci ildə təməli qoyulan müstəqillik ideallarının tam və mütləq təntənəsidir.
28 May günü bizə təkcə keçmişi xatırlatmır, həm də gələcək nəsillər qarşısında mənəvi məsuliyyətimizi bəyan edir. İqtisadi qüdrəti, yaşıl enerji strategiyası və qlobal arenadakı intellektual liderliyi ilə seçilən bugünkü Azərbaycan Cümhuriyyət qurucularının ruhunu şad edən ən mükəmməl əsərdir.
Zira, müstəqillik yalnız bir status deyil,o, xalqın öz taleyinə sahib çıxmaq, milli-mənəvi dəyərlərini hər şeydən uca tutmaq və suverenliyini əbədi olaraq qorumaq iradəsidir. Bu iradə isə Azərbaycan xalqının qəlbində sarsılmazdır.
Qədirli Aysu