Paytaxtın Nizami rayonunun bir hissəsində üç saat işıq olmayacaq

Paytaxtın Nizami rayonunun bir hissəsində üç saat işıq olmayacaq


Bakının Nizami rayonunun bir hissəsinə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə EmpaTV "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Belə ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Top