1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü: Uşağın Psixoloji İnkişafında Sevgi, Təhlükəsizlik və Dinlənilmənin Rolu
Hər il 1 iyun tarixində qeyd olunan Uşaqların Beynəlxalq Müdafiəsi Günü bizə bir daha xatırladır ki, uşaqlar cəmiyyətin gələcəyi olmaqla yanaşı, bu günün də ən həssas və dəyərli üzvləridir. Uşaqların sağlam inkişafı yalnız onların fiziki ehtiyaclarının qarşılanması ilə deyil, həm də emosional və psixoloji rifahının qorunması ilə mümkündür.
Psixologiyada uşağın sağlam şəxsiyyət formalaşdırmasının əsas şərtlərindən biri təhlükəsiz emosional bağlanmadır. Uşaq özünü sevildiyini, qəbul edildiyini və dəyərli olduğunu hiss etdikdə, dünyanı daha inamla kəşf edir. Valideynin və ya qayğı göstərən şəxsin diqqəti, anlayışı və emosional dəstəyi uşağın özünəinamının təməlini qoyur.
Araşdırmalar göstərir ki, uşaqlıq dövründə təhlükəsiz bağlanma yaşayan fərdlər gələcəkdə daha sağlam münasibətlər qurur, stresslə daha yaxşı mübarizə aparır və emosiyalarını daha effektiv idarə edə bilirlər.
DİNLƏNİLƏN UŞAQ DAHA GÜCLÜ BÖYÜYÜR
Bir çox hallarda böyüklər uşaqların problemlərini kiçik hesab edirlər. Halbuki uşaq üçün məktəbdə yaşanan bir anlaşılmazlıq, dost münasibətlərindəki çətinlik və ya uğursuzluq hissi böyük emosional yük yarada bilər.
Uşağın fikirlərini diqqətlə dinləmək ona belə bir mesaj verir: “Sən vacibsən və hisslərin dəyərlidir.” Bu yanaşma uşağın emosional savadlılığını artırır, özünü ifadə etmə bacarığını inkişaf etdirir və psixoloji dayanıqlılığını gücləndirir.
Sevgi Təkcə Sözlərlə Değil, Davranışlarla da göstərilir
Uşaqlar sevgini daha çox davranışlardan hiss edirlər. Birlikdə keçirilən keyfiyyətli vaxt, diqqətlə dinləmək, qucaqlamaq, uğurlarını qeyd etmək və çətin anlarda yanında olmaq onların emosional ehtiyaclarını qarşılayır.
Bəzən valideynlər maddi imkanları sevginin göstəricisi hesab etsələr də, uşaqlar üçün ən dəyərli hədiyyələrdən biri səmimi diqqət və emosional yaxınlıqdır.
PSİXİ SAĞLAMLIQ UŞAQLIQDAN BAŞLAYIR
Yetkin yaşlarda qarşılaşdığımız bir çox emosional çətinliyin kökləri uşaqlıq təcrübələrinə dayanır. Buna görə də uşaqların hisslərini tanımasına, emosiyalarını ifadə etməsinə və problemlərlə sağlam şəkildə mübarizə aparmasına dəstək olmaq vacibdir.
Psixi sağlamlığı güclü olan uşaq:
Özünü daha yaxşı tanıyır;
Hisslərini ifadə edə bilir;
Sosial münasibətlərdə daha uğurlu olur;
Çətinliklər qarşısında daha dayanıqlı davranır.
Nəticə olaraq, 1 İyun yalnız bayram günü deyil, həm də uşaqların hüquqlarını, təhlükəsizliyini və psixoloji rifahını düşünmək üçün mühüm bir fürsətdir. Hər bir uşaq sevgi, hörmət, anlayış və təhlükəsizlik mühitində böyümək haqqına malikdir. Uşaqların səsinə qulaq asmaq, onların emosional ehtiyaclarını görmək və psixi sağlamlıqlarını qorumaq gələcəyə qoyulan ən dəyərli sərmayədir.
Unutmayaq: Uşaqların xoşbəxtliyi onların nə qədər oyuncağa sahib olması ilə deyil, nə qədər sevildiklərini və anlaşıldıqlarını hiss etmələri ilə ölçülür.
Yazdı: Mədinə Babayeva