Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu” əsəri əsasında hazırlanan eyniadlı tamaşa olacaq
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının 2026-cı il teatr mövsümü üzrə repertuar planına uyğun olaraq növbəti səhnə əsərinin hazırlıq prosesinə start verilib.
Teatr kollektivinin yeni yaradıcılıq işi görkəmli Azərbaycan dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu” əsəri əsasında hazırlanan eyniadlı tamaşa olacaq. 2026-cı ilin üçüncü rübü üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı isə Araz Xudiyevdir.
Mistik-fəlsəfi motivləri, zəngin obrazlar sistemi və dərin mənəvi-əxlaqi məzmunu ilə Azərbaycan dramaturgiyasının dəyərli nümunələrindən hesab edilən “Pəri-cadu” tamaşası teatrın yaradıcı heyəti tərəfindən müasir səhnə həlləri əsasında hazırlanır. Tamaşada rolları teatrın aktyorları Zəminə Məmmədova (Pəricadu), Əlizamin Abbasov (İblis), Zülfiyyə Zeynalova (Şamama cadu), Behruz Haxverdiyev (Təlxək əcinnə), Uğur Nəsirli (Birinci əcinnə), Xəlil Hüseynov (İkinci əcinnə), Cəbrayıl Nəbiyev (Dərviş), Günay Qurbanova (Hafizə xanım), Anar Eyvazov (Əmrah), Zakir Fətəliyev (Rəhim), Şölə Alışova (Sayad), Məmməd Mehdiyev (Qurban), Ləman Vəlizadə (Səlimə), Saynur Babayev (Niyaz) və Ələsgər Quliyev (Çoban) ifa edirlər. Tamaşada həmçinin rəqqasə obrazlarında Vəfa Qurbanova, Şəbnəm Qaybalıyeva və Leyla Yaqubova iştirak edirlər.
Hazırda tamaşa üzərində intensiv məşqlər aparılır, səhnə tərtibatı, musiqi və plastik həllər üzərində iş davam etdirilir. Yaradıcı heyətin məqsədi klassik Azərbaycan dramaturgiyasının bu dəyərli nümunəsini müasir teatr estetikası fonunda tamaşaçılara təqdim etməkdir.
Qeyd edək ki, “Pəri-cadu” tamaşasının ilk premyerasının 2026-cı ilin oktyabr ayının ilk həftəsində keçirilməsi nəzərdə tutulur. Premyeranın dəqiq tarixi yaxın günlərdə teatrın rəsmi informasiya resursları vasitəsilə ictimaiyyətə təqdim olunacaq.