Ləyaqətsiz cəmiyyət!
Başlığı düz görürsünüz. "Ləyaqətsiz cəmiyyət" yazılıb. Bəs niyə? Bu gün “Sahilsiz gecə” filmindən danışırıq. Zamanında çox şiddətlə qınanılmış, eyni zamanda cəmiyyətdən “ təcrid” olunmuş bir film idi. Film Zibeydə adlı bir qadının qocalığında elədiyi əməllərlə tanışlığımızla başlayır. Qadının evində qalan bir neçə qız cəmiyyətin dilində “düzgün yol” getmir. Kuliminasiya nöqtəsi isə Zibeydənin gənclikdə birlikdə “işlədiyi” Dürdanəni nəvəsi ilə birlikdə görməsi olur. Hə, bax, ən pisi budur ki, Zibeydə burda anlayır ki, onun qeydinə kimsə həqiqətən qalmayıb. Yalnızlıq motivi filmdə o qədər güclüdür ki, insan izlədikdə istəmsizcə, buruq bir gülümsəmə ilə ekrana zillənir. Bəs Zibeydə bu yola necə düşmüşdü? O həm kimsəsiz bir uşaq olduğu, həm də müharibə zamanında böyüdüyü üçün çox tək qalmışdı. Axı kimsə anadan fahişə doğulmur…
Beləliklə, Zibeydə belə bir həyata başlayır. Onda ortaya belə sual çıxır:” Kimdir əsl fahişə?” Hər kəsi öz çirkli zehnində boğan cəmiyyət, yoxsa bu zibillikdə boğulan zavallı körpələr? Üstəlik, tək boğulan şey Zibeydə deyil, onun nakam eşqi-Zakirə olan məhəbbətidir. O son qalan ümidini də Zakirlə torpağa verir. Ondan qalan məktubu saxlayır, oxuyub için- için ağlayır. Ən diqqət çəkən səhnələrdən biri isə faytonçuların papaq misalıdır. Azərbaycan kinosunun ən məşhur məsəlləri papaq-qeyrət körpüsü üzərində qurulub. Film 1saat olsa da ağırlığını bir ömür ciyinlərinizdə və zehninizdə hiss edəcəksiniz. Belə, əzizlərim!
Növbəti yazımızda görüşənədək! Sualıma cavab verməyi unutmayın.
Şüşəxanım Vəliyeva - Bakı Dövlət Universiteti
Gülsüm Qasımova - Sumqayıt Dövlət Universiteti