DİN-in Mətbuat Xidmətindən verilən məlumat
İyunun 6-da və 7-də ölkə ərazisində qeydə alınan 92, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanılıb.
- İyunun 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Polis əməkdaşlarının iyunun 6-da və 7-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- İyunun 6-da və 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara və 6 tüfəng aşkar edərək götürüblər.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 6-da və 7-də ümumi çəkisi 73 kiloqramdan artıq narkotik vasitə və 5688 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb. Yabanı halda bitmiş 7440 ədəd çətənə kolu isə aşkar edilərək məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.