DİN-in Mətbuat Xidmətindən verilən məlumat
- İyunun 9-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 181, o cümlədən borclu şəxs qismində axtarışda olan 152 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.
- İyunun 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Polis əməkdaşlarının iyunun 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- İyunun 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 39 ədəd patron aşkar edərək götürüblər.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 9-da ümumi çəkisi 31,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 4,8 ton çəkidə 5628 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.