Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm" adlı esselər kitabının təqdimat mərasimi keçirilib
Bu gün "Litera" Kitab Evində "Ulduz" jurnalının baş redaktoru, şair-yazıçı Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm" adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri aparan Leyla Səmədova ilk olaraq müəllif və kitab haqqında fikirlərini bölüşərək, müsbət fikirlər səsləndirib. Daha sonra çıxış üçün sözü qonaqlara verib.
İlk çıxış edənlərdən Çingiz Abdullayev müəllifin yaradıcılığına və şəxsiyyətinə yaxından bələd olduğunu qeyd edərək Qulu Ağsəsin savadını, ədəbi potensialını vurğulayıb. O, bildirib ki, hər bir kitab yazıçı üçün uğurdur və yaradıcı insanın oxunmaq istəyi təbiidir.
Daha sonra söz Xalq yazıçısı Aqil Abbasa verilib. O, ilk povestinin "Ulduz" jurnalında çap olunduğunu xatırladaraq, Qulu Ağsəsin yaradıcılığı haqqında yüksək fikirlər səsləndirib və onun ədəbi fəaliyyətini təqdir edib.
Çıxış edən Elçin Mirzəbəyli Qulu Ağsəsi öz dəst-xətti olan gözəl şair kimi xarakterizə edib. O, bildirib ki, insan üçün ən vacib məsələlərdən biri öz xarakterinin və fərdiliyinin olmasıdır. Elçin Mirzəbəyli Qulu Ağsəsi özü üçün "katarsis adamı" adlandırıb və müəllifə həsr etdiyi şeiri səsləndirib:
"Tanrının üstünə Allahın qulu, Vərəqin üstünə Ağsəs yazıla..."
Sonra söz filologiya elmləri doktoru Məti Osmanoğluna verilib. O, qeyd edib ki, Qulu Ağsəsi yalnız oxumur, eyni zamanda onun yaradıcılığını dərs prosesində də tədris edir. Məti Osmanoğlu müəllifin şeirlərindən nümunələr səsləndirərək onların tədris əhəmiyyətindən danışıb.
"Mimta" Nəşriyyatının redaktoru Əsəd Aslanov çıxışında insanların yaradılış etibarilə fərqli olduqlarını vurğulayaraq Qulu Ağsəsi "Allahdan işıq oğurlayan adam" kimi xarakterizə edib. O, müəllifin fərqliliyinin və özünəməxsusluğunun qorunmasının vacibliyini qeyd edib.
Daha sonra çıxış edən Birinci Qarabağ müharibəsi veteranı Şahin bəy Qulu Ağsəs haqqında xoş fikirlərini bölüşərək onun yaradıcılığını yüksək qiymətləndirib.
Professor Sevinc Əliyeva çıxışında Qulu Ağsəsin dilinin zənginliyindən bəhs edib. O bildirib ki, müəllifin əsərləri Azərbaycan dilinin imkanlarını və gözəlliyini nümayiş etdirir. Sevinc xanım Qulu Ağsəsin sadəliyini ziyalılara xas mühüm keyfiyyət kimi dəyərləndirib və onun əsərlərinin dərsliklərdə yer almasının vacibliyini vurğulayıb.
Əməkdar artist Nazir Rüstəmov isə Qulu Ağsəsin bütün yaradıcılığına yaxından bələd olduğunu bildirib. O, müəllifin Ağdama həsr olunmuş şeirini səsləndirərək həmin əsərin Ağdamı tanıyan insanlar üçün xüsusi duyğular yaratdığını qeyd edib. Çıxış zamanı "Ulduz" jurnalının Azərbaycan ədəbiyyatında mühüm rolundan da bəhs olunub.
Tədbirdə çıxış edən jurnalist, professor Qulu Məhərrəmli kitab yazmaqla kitabı təbliğ etməyin fərqli anlayışlar olduğunu vurğulayıb. O, qeyd edib ki, Qulu Ağsəsin kitablarını oxuyarkən insan sanki Ağdamın bərpasını və ruhunu hiss edir.
Sonda yenidən söz Qulu Ağsəsə verilib. Müəllif tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirərək, salonda əyləşən insanların onun üçün doğma insanlar olduğunu deyib.