DİN-in Mətbuat Xidmətindən verilən məlumat
- İyunun 10-da ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 137, o cümlədən borclu şəxs qismində axtarışda olan 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.
- İyunun 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Polis əməkdaşlarının iyunun 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- İyunun 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 2,6 ton çəkidə 12812 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
- İyunun 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 1 qumbara, 12 tüfəng, 11 patron darağı və 343 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.