Deputat Gülxarə Əhmədova Tivi kəndində vətəndaş qəbulu keçirib
10 iyun 2026-cı il tarixdə Ordubad rayonunun Tivi kəndində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Əhmədovanın vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı vətəndaşlar tərəfindən sosial müdafiə, təhsil və məşğulluq məsələləri ilə bağlı müraciətlər dinlənilib.
Müraciətlərdən biri maddi vəziyyətlə əlaqədar sosial yardım göstərilməsi ilə bağlı olub. Digər müraciətdə kənddə məktəbəqədər hazırlıq yaşında olan uşaqların sayının az olması səbəbindən məktəbəqədər hazırlıq qrupunun təşkil edilməsində yaranan çətinliklər diqqətə çatdırılıb. Həmçinin işlə təmin olunmaq istəyən vətəndaşın müraciəti dinlənilib.
Deputat Gülxarə Əhmədova tərəfindən qaldırılan məsələlərin aidiyyəti qurumlara çatdırılacağı, müraciətlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Qəbul zamanı vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, onların sosial rifahının yaxşılaşdırılması və mövcud problemlərinin həlli istiqamətində müvafiq addımların atılacağı qeyd olunub.
Vətəndaş qəbulu sakinlərin müraciətlərinin öyrənilməsi və onların problemlərinin həlli istiqamətində görülən işlərin davamlı xarakter daşıdığını bir daha nümayiş etdirib.