DİN-in Mətbuat Xidmətindən verilən məlumat

DİN-in Mətbuat Xidmətindən verilən məlumat


- İyunun 11-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 134, o cümlədən borclu şəxs qismində axtarışda olan 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  
- Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.
- İyunun 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Polis əməkdaşlarının iyunun 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 11-də ümumi çəkisi 35,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
- Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24 kiloqramdan çox marixuana, 6,7 kiloqrama yaxın həşiş, 2 kiloqrama yaxın tiryək, 1,5 kiloqrama yaxın heroin, 1 kiloqramdan artıq metamfetamin, həmçinin 1113 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
- İyunun 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 10,2 ton çəkidə 21235 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
Top