Bu gün Azərbaycanın bütün məktəblərində

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalındı


Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalındı. Ənənəvi tədbir hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunub. Bu tədris ilində Azərbaycanda 116 550 şagird məzun olur. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596-sı isə oğlandır. İşğaldan azad edilmiş ərazilərdə yerləşən 11 təhsil müəssisəsində bu il ilk dəfə "Son zəng" çalınıb. Ümumilikdə isə həmin ərazilərdə 25 ümumi təhsil müəssisəsində "Son zəng" tədbiri keçirilib və 171 nəfər məzun məktəblə vidalaşıb. Xatırladaq ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng" mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi olaraq "Son zəng" tədbiri iyunun 14-nə düşsə də, həmin tarix bazar gününə təsadüf edir. Bu səbəbdən "Son zəng" iyunun 13-də keçirilib.
Top