Bakıda soyğunçuluq edən və motosiklet oğurlayan şəxslər saxlanılıblar
Paytaxtın Yasamal rayonunda yerləşən marketlərin birində soyğunçuluq edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Ş.Teymurov müəyyən edilərək saxlanılıb.
Nəsimi rayonunda isə dəyəri 2000 manat olan motosiklet oğurlanıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən M.Sadıxov və S.Hüseynov müəyyən edilərək saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.