Xəzər rayonunda ev və avtomobildən oğurluq edən şəxs saxlanılıb

Xəzər rayonunda ev və avtomobildən oğurluq edən şəxs saxlanılıb


Xəzər rayonu ərazisində yerləşən evlərin birindən məişət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı C.Hayıfzadə saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan şəxsin paytaxt ərazisində daha bir ev və avtomobildən 2000 manat pul vəsaiti oğurladığı məlum olub.

Araşdırmalar davam etdirilir.
Top