DİN-in Mətbuat Xidmətindən verilən məlumat

DİN-in Mətbuat Xidmətindən verilən məlumat


- İyunun 17-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  
- Axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 119 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
- Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
- Polis əməkdaşlarının iyunun 17-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 17-də ümumi çəkisi 3,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
- Polis əməkdaşlarının iyunun 17-də keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 6 tona yaxın çəkidə 21515 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
- İyunun 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 6 tüfəng və 25 ədəd patron aşkar edərək götürüblər.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Top