Cəlilabad sakinini elektrik cərəyanı vurub

Cəlilabad sakinini elektrik cərəyanı vurub


Cəlilabad rayon sakinini elektrik cərəyanı vuraraq öldürüb.

EmpaTV xəbər verir ki, hadisə rayonun Mirzəli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, Cəlilabad rayonu Qarakazımlı kənd sakini, 1982-ci il təvəllüdlü Fariz Məmmədovu elektrik dirəyində təmir-bərpa işləri apararkən elektrik cərəyanı vurub.

Nəticədə ağır xəsarətlər alan F.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Top