Avtomobildən mobil telefon oğurlayan şəxs saxlanılıb

Avtomobildən mobil telefon oğurlayan şəxs saxlanılıb


Paytaxtda avtomobildən mobil telefonun oğurlanması barədə polisə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı S.Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, S.Kərimov nəqliyyat vasitəsinin pəncərəsinin açıq olmasından istifadə edərək mobil telefonu oğurlayaraq mağazalardan birinə satıb.

Faktla bağlı araşdırma aparılır.
Top