Tovuzda avtomobil aşıb, ölən və yaralananlar var
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
EmpaTV-nin məlumatına görə, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2006-cı il təvəllüdlü Nəsimi Rəhimov ağır xəsarət alıb. O, xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Onun həmyaşıdları - Əli Məmmədov və Asim Mirzəyev isə xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.