Xətai rayonunda məişət tullantıları sahəsindəki yanğın söndürülüb

Xətai rayonunda məişət tullantıları sahəsindəki yanğın söndürülüb


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Məişət tullantıları yığılan ərazidə baş vermiş yanğın söndürülüb.

EmpaTV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, görülən operativ tədbirlər nəticəsində yanğının ətraf əraziyə, o cümlədən yaxınlıqda yerləşən tikililərə keçməsinin qarşısı alınıb.

Top