DİN-in Mətbuat Xidmətindən verilən məlumat

DİN-in Mətbuat Xidmətindən verilən məlumat


- İyunun 30-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  
- Axtarışda olduğuna görə ümumilikdə 178, o cümlədən borclu şəxs qismində axtarışda olan 165 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.     - Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.
- İyunun 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 29 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Polis əməkdaşlarının iyunun 30-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 30-da ümumi çəkisi 141,5 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredici xassəyə malik 2004 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
- İyunun 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 5,6 ton çəkidə 30403 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
- İyunun 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 21 tüfəng və 2 patron darağı aşkar edərək götürüblər.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Top