Qəbiristanlıqdakı "Ruhların" Kimyəvi Sirri: Qorxu Mifini Dağıdan Element
Gecənin qaranlığında, qəbirlərin arasından qəfil havaya qalxan solğun ağ tüstülər və ya zəif parıldayan mavi alovlar... Əsrlər boyu bu mənzərə insanlarda dəhşət hissi oyadıb, mistik hekayələrin, ruhlar və xortdanlar barədə əfsanələrin yaranmasına səbəb olub. İnsan oğlu bilmədiyi, izah edə bilmədiyi hər şeyi fövqəltəbii qüvvələrlə əlaqələndirməyə meyllidir. Lakin elmin işığı bu qaranlıq mifləri tamamilə dağıdır və arxasında heç bir mistikanın olmadığını, sadəcə dövri sistemin 15-ci elementinin gizləndiyini sübut edir.
Məsələnin əsl mahiyyəti tamamilə biokimyəvi proseslərlə bağlıdır. İnsan orqanizminin, xüsusilə də sümüklərimizin və dişlərimizin tərkibində yüksək miqdarda fosfor (P) elementi mövcuddur. İnsan dünyasını dəyişdikdən və torpağa tapşırıldıqdan sonra bədənin parçalanması (dekompozisiya) prosesi başlayır. Oksigensiz mühitdə fəaliyyət göstərən yeraltı bakteriyalar bu parçalanmanı sürətləndirir və nəticədə fosfor digər elementlərlə reaksiyaya girərək müxtəlif qaz birləşmələri əmələ gətirir.
Bu prosesdə yaranan iki əsas qaz mühüm rol oynayır: fosfin və difosfan. Bu qazların ən təhlükəli və maraqlı xüsusiyyəti onların havaya, yəni oksigenə toxunduğu anda öz-özünə alovlana bilməsidir. Torpağın məsamələrindən və ya çatlarından sızıb atmosferə çıxan bu qaz qarışığı heç bir xarici qığılcım olmadan, hava ilə təmas etdiyi üçün zəif parıltılı, ağ-mavi rəngli bir tüstü yaxud alov topu yaradır.
Niyə elə gəlir ki, o tüstü insanı təqib edir?
Qəbiristanlıqda bu parıltını görüb qorxudan qaçan insanların yaratdığı hava axını bu yüngül qaz kütləsini hərəkətə gətirir. İnsan qaçdıqca hava axını tüstünü onun arxasınca çəkir və bu da sanki ruhun onu qovduğu barədə vizual illüziya yaradır.
Beləliklə, uşaqlıqdan bəri eşitdiyimiz o qorxulu hekayələrin tək bir müəllifi var: Təbiət və Kimya. Qəbirlərin üzərində olan o ağ tüstülər o biri dünyadan gələn mesajlar deyil, elementlərin bu dünyadakı sonsuz dövranının vizual sübutudur.
Qədirli Aysu