DİN-in Mətbuat Xidmətindən verilən məlumat

DİN-in Mətbuat Xidmətindən verilən məlumat


- İyulun 9-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  
- Axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarışda olan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
- Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.
- İyulun 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- İyulun 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 4 tondan artıq çəkidə 19010 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 9-da ümumi çəkisi 15,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
- Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7,7 kiloqramdan artıq marixuana, 3,9 kiloqramdan çox metamfetamin, 2,8 kiloqrama yaxın heroin, 1 kiloqramdan çox tiryək və həşiş, həmçinin 2002 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Top