“ŞagirdFest” uşaqların yaradıcılıq və istedadını bir araya gətirib
Uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, özünəinamının artırılması və istedadlarının üzə çıxarılması məqsədilə təşkil olunan “ŞagirdFest” uğurla baş tutub.
Tədbirdə müəllimlər, valideynlər, media nümayəndələri, psixoloqlar, təhsil sahəsinin təmsilçiləri və çoxsaylı uşaqlar iştirak ediblər. Gün ərzində iştirakçılar həm maarifləndirici çıxışları dinləyib, həm də müxtəlif interaktiv oyun və müsabiqələrdə iştirak edərək maraqlı anlar yaşayıblar.
Tədbirin açılışında “ŞagirdFest” platformasının ideya müəllifi və layihə rəhbəri Gülşən Əliyeva layihənin yaranma məqsədi, əsas hədəfləri və gələcək planları haqqında ətraflı məlumat verib. O bildirib ki, platformanın əsas missiyası uşaqların yaradıcı düşüncə tərzini formalaşdırmaq, onların məntiqi təfəkkürünü inkişaf etdirmək və hər bir uşağa özünü sərbəst ifadə edə biləcəyi mühit yaratmaqdır.
Tədbirdə media nümayəndəsi, jurnalist Sevinc Rəcəbova, psixoloq Aydan Məmmədova da iştirak edərək uşaqların inkişafı, təhsil və psixoloji dəstəyin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.
“ŞagirdFest” çərçivəsində təşkil olunan əyləncəli və intellektual oyunlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Fəal iştirak edən uşaqlar müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirin həyata keçirilməsinə dəstək göstərən sponsorlar sırasında Skypark, Nizami Kino Mərkəzi, yazıçı Çinarə Köçərli, Ersaq, Şokolad Art və World Təhsil İnkişaf Mərkəzi yer alıblar. Sponsorlar tərəfindən qaliblərə kino biletləri, kitablar və digər dəyərli hədiyyələr təqdim olunub.
“ŞagirdFest” bir daha göstərdi ki, hər bir uşağın daxilində kəşf edilməyi gözləyən böyük bir potensial var. Layihə uşaqların bilik və bacarıqlarının inkişafına, onların yaradıcılıq imkanlarının genişləndirilməsinə və sağlam rəqabət mühitinin formalaşdırılmasına mühüm töhfə verməyi qarşısına məqsəd qoyur.
Tədbirin sonunda təşkilatçılar layihənin ərsəyə gəlməsində əməyi olan bütün qonaqlara, tərəfdaşlara, sponsorlara, müəllimlərə, valideynlərə və iştirakçılara təşəkkür edərək, gələcəkdə “ŞagirdFest”in daha geniş miqyasda davam etdiriləcəyini bildiriblər.