13–19 iyul tarixləri üçün HƏFTƏLİK BÜRC ŞƏRHİ

13–19 iyul tarixləri üçün HƏFTƏLİK BÜRC ŞƏRHİ


Yeni həftə yeni enerjilər və yeni imkanlar gətirir. Ulduzların bu həftə bürcünüz üçün hansı mesajları verdiyini birlikdə nəzərdən keçirək.

Qoç
Bu həftə diqqətiniz daha çox ev, ailə və yaşayış şəraitinizə yönələcək. Evinizdə rahatlıq və nizam yaratmaq üçün əlverişli zamandır. Ailə daxilində keçmişdən qalan narazılıqlar yenidən gündəmə gələ bilər, buna görə ünsiyyətdə səbirli olun. Həftənin sonuna doğru ağıllı qərarlar sizə üstünlük qazandıracaq.

Uğurlu gün: 14 iyul
Uğursuz gün: 17 iyul

Buğa
Məşğul və məsuliyyətli günlər sizi gözləyir. Yaxın qohumlar və bacı-qardaşlarla bağlı mövzular aktuallaşa bilər. Həftənin əvvəlində riskli qərarlardan və iri alış-verişdən uzaq durmaq faydalıdır. Cümədən sonra ailənizin dəstəyi sizi daha rahat hiss etdirəcək.

Uğurlu gün: 18 iyul
Uğursuz gün: 13 iyul

Əkizlər
Maddi məsələlər və gəlir imkanları ön plana çıxacaq. Yeni qazanc yolları haqqında düşünə bilərsiniz. Müqavilə və sənədlərlə bağlı tələsməyin, hər detalı diqqətlə yoxlayın. Gecikən ödəniş və borcların həlli mümkün görünür.

Uğurlu gün: 14 iyul
Uğursuz gün: 16 iyul

Xərçəng
Bu həftə diqqət mərkəzində olacaqsınız. Xarici görünüşünüz, şəxsi məqsədləriniz və imicinizlə bağlı yeniliklər edə bilərsiniz. Keçmişə bağlı qalmaq əvəzinə gələcəyə fokuslanın. Keçmiş münasibətlər yenidən gündəmə gəlsə, qərar verməzdən əvvəl yaxşı düşünün.

Uğurlu gün: 15 iyul
Uğursuz gün: 19 iyul

Şir
Bir qədər sakitləşmək və özünüzə vaxt ayırmaq ehtiyacı hiss edəcəksiniz. Gizli qalan bəzi məsələlər aydınlaşa bilər. Güclü intuisiya sizə düzgün istiqamət göstərəcək. Gələcək planlarınızı hazırlamaq üçün münasib dövrdür. Yuxu rejiminizə və sağlamlığınıza diqqət ayırın.

Uğurlu gün: 15 iyul
Uğursuz gün: 14 iyul

Qız
Dostlarınız, sosial çevrəniz və gələcək hədəfləriniz əsas mövzu olacaq. Köhnə tanışlarla yenidən əlaqə yarana və yarımçıq qalan layihələr davam etdirilə bilər. İş mühitində kiçik çətinliklər yaşansa da, soyuqqanlı davranışınız hər şeyi yoluna qoyacaq.

Uğurlu gün: 17 iyul
Uğursuz gün: 13 iyul

Tərəzi
Karyera və peşə həyatı ilə bağlı müsbət dəyişikliklər mümkündür. Yeni iş təklifləri və ya layihələr gündəmə gələ bilər. Daha əvvəl etdiyiniz müraciətlərdən cavab alma ehtimalınız yüksəkdir. Həftənin sonu isə sevgi və romantika baxımından xoş keçəcək.

Uğurlu gün: 14 iyul
Uğursuz gün: 17 iyul

Əqrəb
Təhsil, səyahət və şəxsi inkişafla bağlı mövzular aktuallaşacaq. Sənədləşmə və planlarda kiçik gecikmələr mümkündür. Bu dövr daxili dəyişikliklər və həyata baxışınızı yenidən formalaşdırmaq üçün əlverişlidir.

Uğurlu gün: 16 iyul
Uğursuz gün: 19 iyul

Oxatan
Ortaq maliyyə, kredit və büdcə məsələləri diqqət tələb edəcək. Maliyyə planınızı yenidən gözdən keçirmək faydalı olacaq. Böyük məbləğdə borc almaq və ya vermək üçün münasib vaxt deyil. Həftənin ortasında yaradıcı ideyalar uğur gətirə bilər.

Uğurlu gün: 15 iyul
Uğursuz gün: 13 iyul

Oğlaq
Münasibətlər, tərəfdaşlıq və ailə həyatı əsas mövzu olacaq. Keçmiş anlaşılmazlıqları aradan qaldırmaq və münasibətləri möhkəmləndirmək üçün yaxşı fürsətdir. Qarşı tərəfin fikirlərinə daha çox önəm verməyə çalışın.

Uğurlu gün: 17 iyul
Uğursuz gün: 16 iyul

Dolça
İş rejimi, sağlamlıq və gündəlik həyatınız daha aktiv olacaq. Yarımçıq qalan işləri tamamlamaq və planlarınızı qaydaya salmaq üçün əlverişli həftədir. Yeni idman və ya sağlam qidalanma proqramına başlamaq üçün münasib zamandır. Həftə sonu dostlarla görüş sizə müsbət enerji verəcək.

Uğurlu gün: 19 iyul
Uğursuz gün: 14 iyul

Balıqlar
Sevgi həyatı, yaradıcılıq və ailənin kiçik üzvləri ilə bağlı mövzular ön plana çıxacaq. Güclü intuisiyanız sizə doğru qərarlar verməyə kömək edəcək. Həftə sonu güzəştə getmək problemlərin həllini asanlaşdıracaq.

Uğurlu gün: 14 iyul
Uğursuz gün: 19 iyul
Top