Azərbaycanda 6 ayda 22 mindən çox şəxsə proaktiv pensiya təyin edilib

Azərbaycanda 6 ayda 22 mindən çox şəxsə proaktiv pensiya təyin edilib


Bu ilin yanvar-iyun aylarında 22 690 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə EmpaTV-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, onların 54,53 %-ni kişilər, 45,47 %-ni isə qadınlar təşkil edib.

Top