DÇ-2026: Yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə Argentina ilə qarşılaşacaq

DÇ-2026: Yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə Argentina ilə qarşılaşacaq


ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında ikinci finalçı bəlli olacaq.

EmpaTV xəbər verir ki, yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə və Argentina milliləri üz-üzə gələcəklər.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cütün qalibi finalda İspaniya ilə qarşılaşacaq.

DÇ-2026

15 iyul

23:00. İngiltərə - Argentina

Baş hakim: İsmail Elfat (ABŞ).

Atlanta stadionu

Xatırladaq ki, yarımfinalın ilk oyununda İspaniya Fransanı iki cavabsız qolla üstələyib. DÇ-2026-nın final matçı iyulun 19-da baş tutacaq.

Top