Dünənin Aynasında Bu Günümüz
Kino sadəcə əyləncə vasitəsi deyil, həm də cəmiyyətin daxili ağrılarını, qüsurlarını və ziddiyyətlərini əks etdirən ən parlaq güzgüdür. 1983-cü ildə ekranlaşdırılmış "Evlənmək istəyirəm" musiqili komediyası məhz belə ekran əsərlərindəndir. Zahirən yüngül, musiqili və yumoristik bir sevgi hekayəsi kimi görünsən də, bu film əslində dərin sosial tənqid, dövrün ədalətsizliyi və insan mənəviyyatının sınağı haqqında yazılmış ciddi bir dramdır.
Filmin ən təsirli və yaddaqalan xətlərindən biri rüşvətxorluğun, tamahkarlığın baş alıb getdiyi bir dünyada təkbaşına mübarizə aparan Mirzə Səfər obrazıdır. Lakin qaranlıq mühitdə tək bir şamın işıq saçması çətin olduğu kimi, onun da düzgünlüyü cəmiyyət tərəfindən qəbul edilmir, əksinə, qınaq obyektinə çevrilir. Nəticədə o, işindən azad olunur. Mirzə Səfərin fəlsəfi baxışları, gərgin anlarda dilindən tökülən qəzəllər, şeirlər və eyni zamanda dodaqlarda acı bir təbəssüm yaradan yumoristik ifadələri obrazı daha da canlandırır. Onun bu halı böyük şairimiz Ramiz Rövşənin dillər əzbəri olan misralarını xatırladır:
"Mənim balam, dünyayla oynama,
Sən cavansan, dünya qoca dünyadır.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir dünya necə dünyadır..."
Bu misralar sanki filmin daxili fəlsəfəsini, Mirzə Səfərin çiyinlərində daşıdığı o ağır "dünya" yükünü tam mənası ilə ifadə edir.
Süjetin hərəkətverici qüvvəsi gənc və kasıb papaqçı Şamil ilə varlı tacir Kəmbayın qızı Gülsümün sevgisidir. Kəmbay üçün insan mənəviyyatı deyil, onun sosial statusu və cibinin doluluğu önəmlidir. Buna görə də o, gənclərin qovuşmaması üçün əlindən gələni əsirgəmir. Şamil isə sarsılmaz iradəsi, saf sevgisi və mübarizə əzmi ilə bütün süni maneələri aşır.
Ekran əsərində diqqət çəkən ən aktual məqamlardan biri də fərqli mədəniyyətlərin müqayisəsi fonunda qadın azadlığı məsələsidir. Filmdəki bəzi personajların dilindən səslənən bu fikirlər dövrün acı reallığını ortaya qoyur:
"— Nə bacarır e Azərbaycan qızları?! Yemək bişirmək, uşaq doğmaq, əri ilə dimdik-dimdiyə gəlmək... Amma Paris qızları həm oxuyurlar, həm oynayırlar, həm teatr göstərirlər. İstəsən gecəni səninlə şam eliyib gecəni sənə mehman olurlar."
Lakin bu müqayisəni aparan kişilər bir şeyi unudurlar: cəmiyyət qadına hansı hüquqları vermişdi ki, ondan inkişaf da gözləsin? O dövrdə qadınlar sadəcə ailəyə xidmət etmək, ev işləri ilə məşğul olmaq üçün yetişdirilir və sosial həyatdan təcrid olunurdular. Bu günümüzlə müqayisə etdikdə sevindirici haldır ki, müasir Azərbaycan qadını təhsil alır, cəmiyyətdə öz sözünü deyir və müstəqil mövqe qazanır.
Filmdə qadına qarşı bu bəsit və alçaldıcı baxışla razılaşmayan yeganə gənc Şamil olur. O, sevdiyi qadını sadəcə "evdar qadın" kimi deyil, ruhunun bir parçası kimi sevir və ətrafındakıların dayaz fikirlərinə əhəmiyyət vermir.
"Evlənmək istəyirəm" musiqili komediya janrında çəkildiyi üçün ağır sosial mövzuları izləyiciyə yormadan, gözəl musiqilər və incə yumor vasitəsilə ötürür. Bu musiqilər tamaşaçını darıxmağa qoymur, hadisələrin ritmini tənzimləyir və filmin bədii dəyərini bir qat daha artırır.
İllər keçsə də, film öz aktuallığını itirmir. O bizə mənəvi saflığı qorumağın, rüşvətxorluğa boyun əyməməyin, saf sevginin arxasınca getməyin və qadın şəxsiyyətinə hörmətlə yanaşmağın nə qədər vacib olduğunu hər saniyəsində xatırladır.
Şüçəxanım Vəliyeva
Gülsüm Qasımova